SON DƏQİQƏ
» » İslam inqilabının rəhbəri: Amerika zəifləməkdədir; vəzifəli adamlar avropalıların məkirlərinə diqqətli olsunlar

İslam inqilabının rəhbəri: Amerika zəifləməkdədir; vəzifəli adamlar avropalıların məkirlərinə diqqətli olsunlar

Tarix:

19-02-2019, 08:55

/ 10 224 dəfə oxundu.
İslam inqilabının rəhbəri: Amerika zəifləməkdədir; vəzifəli adamlar avropalıların məkirlərinə diqqətli olsunlar

İslam inqilabının böyük rəhbəri İran İslam Respublikası quruluşunun ən yaxşı Amerika başda olmaqla zalım cəbhəsinin isə ən zəif durumda olduğunu bildiriblər.

İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei şərqi Azərbaycan ostanından gəlmiş minlərlə əhali ilə görüşündə Amerika başda olmaqla zalım cəbhənin zəif durumda olduğunu bildirərək xatırlayıb: Biz özümüzü sadəlövhluyə vurmaq və düşməndən qafil olmaq istəmirik amma həqiqətlər göstərir ki, düşmən qəliz daxili və xarici problemlərə düçardır.

Həzrət Ayətullahül-üzma Xamenei Amerikanın üz-üzə durduğu problemlərə sosial problemlər,  gənclərin məyusluğu və depresiyası, qətl və cinayət statistikasının artması, narkomaniyanın geniş vüsət alması, ABŞ rəhbərləri arasında qarşıdurmalar və əcayib borcları nümunə göstərərək bildirib: Bütün bunlar Amerikanın daxili rəsmi statistik məlumatlarında öz əksini tapıb və bu problemlərə görə, Amerika Suriya, İraq və Əfqanıstanda bu günkü duruma düşüb və son dərəcə əsəbidir.

İslam inqilabının böyük rəhbəri Varşava konfransının uğursuzluğuna toxunaraq bildirib: Amerikanın ağıldan kəm olan dövlət adamları öz əməkdaşları olan bəzi dövlətlər və bəzi zəif qorxudulmuş dövlətləri Varşava iclasına və orada İrana qarşı qərar çıxarmağa dəvət etdilər amma bu iclas heç bir nəticə qazanmadı və bütün bunlar zəiflik əlamətidir və zəiflikdə əsəbiləşən düşmən hay-küy salmağa və söyüş verməyə başlayır.

Həzrət Ayətullahül-üzma Xamenei uğursuz Varşava iclası və zahirdə müsəlman olan ölkə rəsmilərinin sionist rejim ilə bir araya gəlmələri və Amerika ilə müttəfiq olmalarının onların abırını apardığını bildirib və xatırladıb: Bu adamlar öz xalqları arasında da abırsızdırlar.

İslam inqilabının böyük rəhbəri həmçinin İran rəhbərlərinə etdiyi tövsiyədə qərb dövlətlərinin rəftarları və hərəkətlərinin həqiqi mənada məkirli olduğunu bildirərək deyiblər: Amerikanların durumu bəllidir ona görə ki, qılıncı üzdən bağlayıblar amma avropalılardan muğayıt olmaq lazımdır çünki onlar da məkirlə əməl edirlər.

Həzrət Ayətullahül-üzma Xamenei xatırladıb: Bu inqilab zəif fidan olanda bütün düşmənlər birləşdilər amma heç nə edə bilmədilər, buna görə də bu gün həmən fidanın möhkəm ağaca çevrildiyi şəraitdə heç bir qələt edə bilməzlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ