SON DƏQİQƏ
» » Zərif ABŞ-ın İNF-də çıxmasına reaksiya olaraq: ABŞ ilə müqavilə imzalamaq mənasızdır

Zərif ABŞ-ın İNF-də çıxmasına reaksiya olaraq: ABŞ ilə müqavilə imzalamaq mənasızdır

Tarix:

2-02-2019, 19:16

/ 10 253 dəfə oxundu.
Zərif ABŞ-ın İNF-də çıxmasına reaksiya olaraq: ABŞ ilə müqavilə imzalamaq mənasızdır

İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın orta mənzilli nüvə raketləri müqaviləsi İNF-dən (İntermediate-Range Nuclrear Forces Treaty) çıxmasına reaksiya olaraq bu ölkə ilə müqavilə imzalamağın mənasız iş olduğunu deyib.

GunAz.az xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo cümə günü verdiyi açıqlamada ölkəsinin 180 gün müddətinə (6 ay) soyuq müharibə dövründə Sovet İttifaqının sonuncu başçısı Mixail Qorbaçov ilə ABŞ-ın o zamankı prezidenti Ronald Reyqan arasında imzalanmış orta mənzilli nüvə raketləri müqaviləsindən çıxdığını bildirdi. 

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə günü ABŞ-ın İNF-dən çıxmaq qərarına reaksiya olaraq öz tvitter səhifəsində paylaşdığı yazıda bildirib: Tramp hökumətinin daha bir anlaşmadan çıxması amerikalıların üzərində ABŞ-ın imzası olan hər şeyə qarşı allergiyaları olduğunu sübut edir. 

Zərif əlavə edib: Trampın bu hərəkətindən aydın olur ki, ABŞ ilə imzalanan müqavilələr, onların yazılması üçün istifadə edilmiş mürəkkəbdən belə daha dəyərsizdir. 

ABŞ prezidenti Donald Tramp Ağ Evə daxil olduğu zamandan bəri çoxlu sayda iki və çoxtərəfli müqavilələrdən çıxıb. Nüvə anlaşması və Paris iqlim anlaşması bunlara nümunədir. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ