SON DƏQİQƏ
» » Paşinyan-diaspora savaşı başladı - Nazirlik ləğv olundu

Paşinyan-diaspora savaşı başladı - Nazirlik ləğv olundu

Tarix:

26-01-2019, 21:32

/ 10 371 dəfə oxundu.
Paşinyan-diaspora savaşı başladı - Nazirlik ləğv olundu

Ermənistan baş naziri Nikol Paşinyanın parlament seçkilərindən sonra Diaspora Nazirliyinin ləğv ediləcəyi haqqında bəyanatı diaspora tərəfindən ciddi etirazla qarşılanıb.

GunAz.az xəbər verir ki, fərqli ölkələrdə yaşayan erməni diaspora nümayəndələri Paşinyanın bəyanatına sərt reaksiya göstərib.

Argentinadakı erməni diasporu Paşinyanı buna görə, kəskin tənqid edib. Argentina erməni diasporu narahatlığını ifadə edərək buna səssiz qalmayacağını elan edib.

Daşnaksütünə yaxın “Aztağ” qəzetinin redaktoru Şahan Kandaharyan və ABŞ-dakı “Asbarez” qəzetinin redaktoru Vaçe Brudyan Paşinyanın bu qərarının tələsik verildiyini bildiriblər.

Şahan Kandaharyan elan edib ki, belə bir qərar xarici ölkələrdə yaşayan ermənilərlə birgə keçiriləcək toplantı zamanı verilməli idi. Onun fikrincə, bu mövzuda mütəxəssislərin fikirlərinə diqqət etmək vacib məsələdir.

Vaçe Brudyan isə bəyan edib ki, Diaspora Nazirliyinin yaxşı işləyib-işləmədiyi haqda müzakirələrin aparılması normal yanaşma olardı:

“Bu nazirlik Ermənistanın xarici ölkələrdə yaşayan ermənilərlə bağlı bir siyasətinin olduğunun göstəricisi idi. Bu nazirlik açılıb-bağlanılacaq kimi bir şirkəti açıb-bağlamaq məsələsi deyil”.

Bu arada bəlli olub ki, Klikiya kotolikosu Aram Nikol Paşinyana məktub göndərərək Diaspora Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib və bildirib ki, xaricdə yaşayan erməni diasporunun belə bir nazirliyə ehtiyacı var.

Diaspora üzvü olan erməni jurnalistlər də Nikol Paşinyana açıq məktub yazaraq bu qərara etirazını ifadə ediblər.

Avrasiya Araşdırma Mərkəzinin analitiki Aslan Yavuz Şir Paşinyan-diaspora qarşıdurmasını şərh edib.

Analitik qeyd edib ki, diaspora indiyə qədər Ermənistanda liderləri təzyiq altında saxlamaq məqsədilə istifadə edilib.

Onun fikrincə, Paşinyanın diasporaya münasibətdə mövqeyi onu bir qədər fərqli lider kimi göstərir:

“Ermənistanda Diaspora Nazirliyi 2008-ci ildə yaradılıb. Nazirliyin qurulması diasporadakı erməniləri daha təsirli edib. Bu nazirlik Ermənistanın daha güclü və müstəqil ölkə olmasına deyil, asılı bir dövlət olmasına çalışıb. Paşinyan xalqdan güc alaraq əvvəlki sistemdə fəal olan partiyaları oyundankənar vəziyyətə saldı və bu fakt diasporada ciddi böhran yaratdı. İndiyə qədər heç bir erməni lider diasporun gücünü kiçik sayacaq qədər gücə sahib olmayıb”.

 

скачать dle 12.1

Şərhlər