SON DƏQİQƏ

Afinada iğtişaşlar: 10 polis yaralandı

Tarix:

21-01-2019, 08:50

/ 10 230 dəfə oxundu.
Afinada iğtişaşlar: 10 polis yaralandı

Yunanıstanda parlament binası qarşısında baş verən iğtişaşlar nəticəsində azı on polis xəsarət alıb.

GunAz.az xəbər verir ki, iğtişaşları Skopye ilə Prespan sazişinə etiraz edən bir qrup anarxist törədib. Onlar polis əməkdaşlarına daş və kəsici alətlər atıblar. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bildirilir ki, bir neçə uşaq gözyaşardıcı qazdan zərər çəkib.

Sabiq baş nazir Antonis Samaras bəyan edib ki, milyonlarla yunan Prespan sazişinə qarşıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ