SON DƏQİQƏ

Cənubi Koreya plastik paketlərdən imtina edir

Tarix:

1-01-2019, 10:36

/ 10 221 dəfə oxundu.
Cənubi Koreya plastik paketlərdən imtina edir

Cənubi Koreyada supermarket və ticarət nöqtələrində plastik paketlər qadağan olunacaq.

GunAz.az-ın xəbərinə görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məhdudiyyətlər 2019-cu ilin yanvarın 1-də qüvvəyə minəcək və 11 min supermarket, eləcə də iki minə yaxın outletə aid ediləcək.

Bundan sonra ölkədə alıcılara plastik paketlər əvəzinə kağız və parça paketlər təqdim ediləcək.

Plastik qablaşdırma yalnız ət və balığa icazə veriləcək.

Qadağanı pozan mağazaları 2,6 min dollar məbləğində cərimə gözləyir. 

Qeyd edilir ki, gələcəkdə qadağa camaşırxanalara da aid ediləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ