SON DƏQİQƏ
» » AQTA-dan KİV-ə çağırış: - Dəqiqləşdirilməmiş məlumat yaymayın!

AQTA-dan KİV-ə çağırış: - Dəqiqləşdirilməmiş məlumat yaymayın!

Tarix:

3-12-2018, 20:12

/ 10 442 dəfə oxundu.
AQTA-dan KİV-ə çağırış: - Dəqiqləşdirilməmiş məlumat yaymayın!

Son günlər bir sıra kütləvi informasiya vasitələrində qida zəhərlənmələri ilə bağlı heç bir araşdırma aparmadan, aidiyyəti qurumlar tərəfindən aparılan laborator müayinələrin nəticələrini gözləmədən yanlış məlumatların yayılması hallarına rast gəlinir ki, bu da son nəticədə insanlar arasında çaşqınlığın yaranmasına səbəb olur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevin GunAz.az-a verdiyi məlumata görə, ötən həftə Şəki və Qazax rayonlarında insanların səhətində yaranmış problemlərin yanlış olaraq qida zəhərlənməsi kimi təqdim edən bir sıra saytlar yenidən heç bir araşdırmanın nəticəsini gözləmədən Keşlə qəsəbəsində baş vermiş hadisənin qida zəhərlənməsi səbəbindən baş verdiyi haqında gerçəkliyi əks etdirməyən, reallıqdan uzaq məlumatlar yayırlar.

AQTA həmin saytları bu cür məlumatları yayarkən diqqətli olmağa, yalnız rəsmi olaraq aparılan araşdrımalara və lobarator müayinələrin nəticələrinə əsaslanmağa çağırır.

Məlumat üçün bildiririk ki, 01.12.2018-ci il tarixində Nizami rayonu, Keşlə qəsəbəsi, Manaf Agayev küçəsi ev 28/1 ünvanında bir nəfərin dünyasını dəyişməsi, iki nəfərin isə zəhərlənmə nəticəsində vəziyyətinin pisləşməsi ilə bağlı AQTA-ya daxil olan məlumat əsasında agentliyin əməkdaşları tərəfindən Nizami rayon məhkəmə tibbi ekspertiza birliyində və zəhərlənən şəxslərin müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə araşdırma aparılıb.

Həmcinin Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon bölməsində aparılan araşdırma zamanı bir nəfərin dünyasını dəyişdiyi (2005-ci il təvəllüdlü Mərdanov Fateh Murad oğlu) və həmin şəxsin meyitindən bioloji nümunələrin götürüldüyü müəyyən edilib.

Aparılan araşdırmalar nəticəsində aşkar edilib ki, zərərçəkənlər kəskin inhalyasion dəm qazı ilə zəhərlənmə diaqnozu ilə hospitalizə olunub.

İlkin tibbi baxış zamanı zərərçəkənlərdə ümumi zəiflik, ürək bulanma, başgicələnmə, bayılmalar müşahidə olunduğuna görə onlara intensiv oksiqen terapiya və medikamentoz müaliçə təyin edilib. Zərərçəkənlərdən götürülmüş qan nümünələrində dəm qazının miqdarının normadan artıq olması müəyyən edilib.

Nəticə olaraq, zəhərlənmənin dəm qazından baş verdiyi öz təsdiqini tapıb.

 

 

скачать dle 12.1

Şərhlər