ABŞ-dan İrana NÖVBƏTİ ZƏRBƏ

Danimarkada başlayan qalmaqal səbəbindən İranın daha üç fiziki və bir hüquqi şəxsi sanksiyalar siyahısına salına bilər.

GunAz.az xəbər verir ki, bu barədə Brüsseldə Avropa İttifaqına üzv ölkələrinin xarici işlər nazirləri arasında keçirilən görüşün nəticələrini şərh edən Çex Respublikasının xarici işlər naziri Tomas Petrşiçek bildirib.

“Danimarkadakı məsələ ilə bağlı mümkün tədbirləri müzakirə etdik. Siyahıya bir hüquqi və iki fiziki şəxs salına bilər. Bu məsələyə ümumi dəstək ifadə edildi”, - deyən nazir məhz kimin nəzərdə tutulduğunu qeyd etməyib.

Xatırladaq ki, Danimarkada “Ettelaat” tərəfindən sui-qəsd hazırlanması barədə Kəşfiyyat və Təhlükəsizlik Xidməti başçısı bəyanat yaymışdı. Buna etiraz olaraq Danimarka səfiri İran XİN-ə çağırılmışdı.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]