SON DƏQİQƏ
» » İran Suriyadan çıxmaq üçün şərtlərini AÇIQLADI

İran Suriyadan çıxmaq üçün şərtlərini AÇIQLADI

Tarix:

4-08-2018, 17:06

/ 10 302 dəfə oxundu.
İran Suriyadan çıxmaq üçün şərtlərini AÇIQLADI

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasimi ölkəsinin Suriyadan çıxmasının şərtlərini açıqlayıb.

GunAz.az  İRNA agentliyinə istinadən xəbər verir ki, Qasimi İranın Suriyadan terrorizmlə mübarizənin bitməsindən sonra çıxacağını qeyd edib.

“Suriya hökuməti bunu istəyənə kimi biz bu ölkədə qalacayıq. Suriya hökumətinin istəyi ilə bizim əsas vəzifəmiz terrorizmlə mübarizə olub” – Qasimi bəyan edib.

Onun sözlərinə görə Suriyada stabillik müəyyən mənada bərpa edildikdən və terrorizm sonlandırıldıqdan sonra İran bu ölkəni tərk edə bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ