SON DƏQİQƏ
» » Rusiyada "quş qripi" tapıldı - Məhsullar geri çağırılır

Rusiyada "quş qripi" tapıldı - Məhsullar geri çağırılır

Tarix:

16-07-2018, 17:43

/ 10 285 dəfə oxundu.
Rusiyada "quş qripi" tapıldı - Məhsullar geri çağırılır

Rusiyanın iri hind quşu fabrikində ilkin götürülən nümunələrdə "quş qripi" virusu aşkarlanıb.

GunAz.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rostov vilayətinin kənd təsərrüfatı və ərzaq naziri Konstantin Raçalovski deyib.

Naziirn sözlərinə görə, Oktyabr rayonunun 24 quş yetişdirmə müəssisəsində aparılan yoxlamalar zamanı 2 müəssisədə fakt aşkarlanıb.

O bildirib: "Ümumiyyətlə, quşlar sağlamdır. Lakin bir neçəsində nəticələr müsbət olub. Çox güman ki, onlarda yoluxma son qasırğa zamanı baş verib. Həmin vaxt güclü külək vəhşi quşlar tərəfindən yaxın ərazilərdə tərk edilmiş hissəcikləri havaya qaldırıb".

Nazir qeyd edib ki, bu quş məhsulları bütün ticarət şəbəkələrindən geri çağırılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ