SON DƏQİQƏ
» » And içərkən bacısının ölüm xəbərini aldı, halı pisləşdi

And içərkən bacısının ölüm xəbərini aldı, halı pisləşdi

Tarix:

8-07-2018, 23:36

/ 10 278 dəfə oxundu.
And içərkən bacısının ölüm xəbərini aldı, halı pisləşdi

Millət vəkili and içərkən bacısının ölüm xəbərini alıb.

GunAz.az oxu.az-a istinadən bildirir ki, hadisə Türkiyədə yaşanıb.

Belə ki, Türkiyə Böyük Millət Məclisində ( TBMM) yeni çağırış deputatların andiçmə mərasimi olub və  and içmək üçün kürsüyə çıxan CXP İzmir millət vəkili Ednan Arslan həmin vaxt bacısının ölüm xəbərini alıb.

E.Arslanın bacısı Arzu Arslan anadangəlmə fiziki qüsurlu olub və  uzun sürən xəstəlikdən sonra 40 yaşında dünyasını dəyişib.

Xəbəri alan millət vəkilinin halı pisləşib.

O, həkimlərin müdaxiləsindən sonra özünə gəlib və bacısının dəfnində iştirak etmək üçün İzmirə dönüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ