SON DƏQİQƏ
» » Müsəlmanları öldürməyə çağıran britaniyalı həbs olundu

Müsəlmanları öldürməyə çağıran britaniyalı həbs olundu

Tarix:

29-06-2018, 08:22

/ 10 252 dəfə oxundu.
Müsəlmanları öldürməyə çağıran britaniyalı həbs olundu

Britaniyanın Birminqem məhkəməsi hind əsilli ölkə vətəndaşı Roden Çandı 20 ay müddətinə azadlıqdan məhrum edib.

GunAz.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Çand müsəlmanları öldürməklə bağlı çağırışlarına görə məhkəmə qarşısına çıxıb.

Mançesterdə baş verən terror aktından sonra, Çand öz “Twitter” səhifəsində bir sıra islamafob məzmunlu ismarıclar bölüşüb; onlardan birində “müsəlmanın boğazını yortmaq istəyirəm”,- deyə yazıb.

Çand məhkəmə araşdırmasında özünü təqsirli bilib, ona görə də, cəzası nisbətən yüngül olub.

Xatırladaq ki, 22 may 2017-ci ildə “Mançester Arena” stadionunda məşhur müğənni Ariana Qrandenin konserti zamanı güclü partlayış törədilib. Qanlı hadisə nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ