SON DƏQİQƏ
» » ABŞ səfirliyindən Ermənistan hökümətinə XƏBƏRDARLIQ

ABŞ səfirliyindən Ermənistan hökümətinə XƏBƏRDARLIQ

Tarix:

22-04-2018, 23:50

/ 10 267 dəfə oxundu.
ABŞ səfirliyindən Ermənistan hökümətinə XƏBƏRDARLIQ

ABŞ-ın Ermənistandakı səfirliyi ölkənin hüquq mühafizə orqanlarını hüquq normalarına və dinc toplantılar azadlığına ciddi riayət etməyə çağırıb.

Gunaz.az Trend-ə istinadən xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda deyilir.

“Ölkə hakimiyyətini təmkin nümayiş etdirərək dinc mitinqlərə mane olmamağa çağırırıq. Jurnalistlər və nümayişçilərə qarşı zorakılığın tədbiq edilməsi barədə xəbərlər bizdə ciddi narahatlıq doğurur. Etirazçılara qarşı zorakılığa yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayırıq”,-deyə sənəddə bildirilir.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ