SON DƏQİQƏ

Ermənistanda polis xalq tərəfə keçir

Tarix:

19-04-2018, 19:20

/ 10 335 dəfə oxundu.
Ermənistanda polis xalq tərəfə keçir

Ermənistanda Serj Sarkisyanın hakimiyyəti növbəti dəfə zəbt etmə cəhdi ilə bağlı etiraz aksiyaları davam edir. Hadisələrin episentri Gümrü şəhərinə keçib.

Virtualaz.org “Hraparak” erməni nəşrinə istinadən xəbər verir ki, bir müddət öncə Gümrünün Vardanants meydanında mitinq iştirakçıları ilə polis arasında toqquşma baş verib.

Lakin polis əməkdaşları mitinq iştirakçılarına qarşı güc tətbiq etməkdən imtina ediblər və həmkarlarını xalq kütlələrinin tərəfinə keçməyə çağırıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ