İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus “Mare Sicuro” (“Sakit dəniz”) əməliyyatında iştirak edən helikopter təlimlər zamanı Aralıq dənizinə düşüb.
Gunaz.az xəbər verir ki, Ekipaj üzvlərinin hamısı dənizdən çıxarılıb. Onlardan Andrea Fatsio adlı işçi dənizdən çıxarıldıqda dünyasını dəyişib. Digərlərinin vəziyyətinin yaxşı olduğu deyilib.Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.