SON DƏQİQƏ
» » Türkiyı Afrin əməliyyatlarını dayandırdı? – Açıqlama

Türkiyı Afrin əməliyyatlarını dayandırdı? – Açıqlama

Tarix:

25-02-2018, 23:24

/ 280 dəfə oxundu.
Türkiyı Afrin əməliyyatlarını dayandırdı? – Açıqlama

BMT Təhlükəsizlik Şurasının Suriyada bir aylıq “Humanitar atəşkəs” elan etməsi “Zeytun budağı” əməliyyatına təsir göstərməyəcək.
Gunaz.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bildirib.
“Bu haqda müzakirə aparmağa belə dəyməz. BMT-nin bu qərarı terror təşkilatlarına şamil olunmur. Ona görə də qərarın Türkiyənin Afrində apardığı hərbi əməliyyatlara təsir göstərməsi müzakirə mövzusu belə deyil. Çünki biz bölgədə təkcə PKK-YPG-PYD ilə deyil, həm də İŞİD-lə savaşırıq. Bizim əməliyyat apardığımız ərazilərdə humanitar yardımla bağlı heç bir problem yaşana bilməz”, – Bozdağ bildirib.
Qeyd edək ki, Küveyt və İsveç tərəfindən hazırlanan qətnamə layihəsi başda Şərqi Quta olmaqla, bütün Suriya ərazisində humanitar yardımların ünvanına rahat çatdırılması üçün atəşi bir aylıq dayandırmağı nəzərdə tutur. Bu qərardan sonra Türkiyənin Afrin əməliyyatınlarını dayandırması məsələsi sual altında idi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ