SON DƏQİQƏ

"Qanuni oğrular" la mübarizə başlanıb

Tarix:

21-02-2018, 22:56

/ 1 111 dəfə oxundu.
"Qanuni oğrular" la mübarizə başlanıb

Bu il keçiriləcək futbol üzrə dünya çempionatı zamanı təhlükəsizliyi təmin etmək məqsədilə Rusiyadakı “qanuni oğrular”a qarşı əməliyyatlar başlayıb.

Gunaz.az Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, deportasiya qərarı birbaşa olaraq daxili işlər naziri Vladimir Kolokolsev tərəfindən verilib.

Rusiya Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin məlumatına görə, 51 yaşlı Aslan Kobuladze və Suliko Şarikadze Gürcüstana, 43 yaşlı Kamçibek Kolbayev isə Qırğızıstana deportasiya ediləcək.

Bir müddət öncə isə Baçuka Paçuliya Gürcüstana, Dadaş Bakinskiy isə Azərbaycana göndərilmişdi.

Hazırda Rusiyada 432 “qanuni oğru” var. Onlardan 318-i azadlıqda, 114-ü həbsdə, 31-i istintaq altında, 19-u isə axtarışdadır.

“Kriminal avtoritetlər” arasında Gürcüstan vətəndaşları daha çoxdur - 242 nəfər. Onlar arasında ruslar (51), ermənilər (30), yezidilər (26), azərbaycanlılar (16), abxazlar (10), çeçenlər (8) və yəhudilər (7) də  var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ