SON DƏQİQƏ

Rusiyadan Fransaya: Bizlik deyil

Tarix:

27-04-2017, 22:34

/ 2 928 dəfə oxundu.
Rusiyadan Fransaya: Bizlik deyil

Fransadakı seçkilər bizim işimiz deyil.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Qlobal Nyus”a açıqlamasında deyib.
"Başqa ölkələrdə keçirilən səsvermələrdə bizim hər hansı namizədi dəstəkləməyimizdən söhbət belə gedə bilməz. Yəni, bizim işimiz deyil”, - XİN rəsmisi bildirib.
Qeyd edək ki, Fransadakı I tur prezident seçkilərində Rusiya tərəfinin ultrasağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Peni dəstəklədiyi iddia edilmişdi. Hətta bu səbəbdən Kremlin Le Penin rəqibi Makronun təmsil olunduğu Yürüş Hərəkatı blokunun kompüter sistemlərini də hədəf aldığı bildirilmişdi.
Sonradan bununla bağlı səslənən iddiaları Rusiya tərəfi təkzib etmişdi.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ