SON DƏQİQƏ

Qarabağda yeni su nasosları quraşdırılacaq

Tarix:

27-01-2021, 12:15

/ 5 966 dəfə oxundu.
Qarabağda yeni su nasosları quraşdırılacaq

Azərsu ASC işğaldan azad edilmiş ərazilərdə quraşdırmaq üçün yeni nasos aqreqatlarının alınması üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 1-i, saat 12:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən inzibati binasına - Satınalmaların İdarə Olunması Departamentinin rəisnin müavini Yasəmən Məmmədovaya təqdim edə bilərlər. Telefon: (012) 431-47-67 daxili: 1151;

Kotirovka təklifləri fevralın 2-də, saat 12:00-da qeyd olunan ünvanda açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışına qatıla bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ