SON DƏQİQƏ
» » Müharibə zamanı İran Azərbaycana dəstək verdi - Bayramov

Müharibə zamanı İran Azərbaycana dəstək verdi - Bayramov

Tarix:

25-01-2021, 17:33

/ 5 788 dəfə oxundu.
Müharibə zamanı İran Azərbaycana dəstək verdi - Bayramov

Ölkələrimiz arasında mövcud olan tarixi, mədəni, dini bağlar ikitərəfli əməkdaşlıq münasibətlərinin əsasını təşkil edir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda işgüzar səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşdə deyib.

Nazir İranın hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyini, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı İran İslam Respublikasının bütün səviyyələrdə, o cümlədən insanlar tərəfindən nümayiş etdirilən dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirildiyi qeyd edib.

C.Bayramov iki ölkə arasında münasibətlərin sıx olduğunu, hətta mövcud pandemiya şəraitində belə təmasların intensiv şəkildə davam etdirildiyini söyləyib


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ