SON DƏQİQƏ
» » Bu tarixə kimi virus bizi narahat edə bilər - TƏBİB

Bu tarixə kimi virus bizi narahat edə bilər - TƏBİB

Tarix:

13-01-2021, 17:49

/ 5 960 dəfə oxundu.
Bu tarixə kimi virus bizi narahat edə bilər - TƏBİB

İnsanların bir qismi xəstələnib, bir qismi isə vaksin vasitəsilə immunitet qazanacaq.

Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, əgər bir insan populyasiyasında insanların təqribən üçdə ikisi bu xəstəliyə qarşı immunitet qazansa, artıq virus bizim aramızdan gedəcək və bizi narahat etməyəcək:

"Hesablamalara görə, bu vaxt da təqribən gələn ilin yayında olacaq. Deməli, gələn ilin yayına qədər bu virus bizi narahat edə bilər, amma sonra demirik ki, pandemiya bitəcək. Sonra xəstələnmələr olacaq, amma bizi daha bu qədər narahat etməyəcək. Bu, elmi proqnozlardır".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ