SON DƏQİQƏ

Əsas itkilərimizi burada vermişik - Polkovnik

Tarix:

4-12-2020, 11:03

/ 6 006 dəfə oxundu.
Əsas itkilərimizi burada vermişik - Polkovnik

Bu Qələbə 1988-ci ildən verdiyimiz bütün şəhidlərimizin və günahsız qurbanların qanını aldı, onların nahaq olmadığını isbat elədi.

Bu sözləri eksper, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram şəhidlərimizlə bağlı deyib.

O bildirib ki, Müdafiə Nazirliyinin açıqladığı itki sayı – 2783 şəhid - sırf hərbi baxımdan, əməliyatların miqyasına, şiddətinə və nail olduğumuz nəticəyə görə məqbul sayıla bilər:

"Əsas itkilərimiz düşmənin mina-məftillənmiş, beton istehkamlarla və enli və dərin xəndəklərlə möhkəmləndirilmiş birinci müdafiə xəttini yararkən verilmişdi. Belə bir hazırlıqlı düşmən müdafiəsini yarmaq üçün 3-4 dəfə çox itki verə bilərdik”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ