SON DƏQİQƏ

Ramin Bayramlı yeni direktor təyin etdi

Tarix:

30-10-2020, 18:06

/ 3 742 dəfə oxundu.
Ramin Bayramlı yeni direktor təyin etdi

TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna Allahverdi Aydın oğlu Musayev direktor vəzifəsinə təyin edilib.

Bu barədə  TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Allahverdi Musayev Azərbaycan Tibb Universitetində bakalavr təhsili, Türkiyə Respublikası İzmir şəhəri Ege Universitetində isə ixtisas (Uşaq cərrahiyyəsi) təhsili alıb. Tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayev daha öncə Musa Nağıyev adına Təcili Tibbi yardım Xəstəxanası, K.Fərəcova adına ETPİ Uşaq Cərrahiyyəsi, Mərkəzi Neftçilər Xəstəxanası, Klinik Tibb Mərkəzinin Uşaq cərrahiyyəsi şöbəsində həkim-cərrah olaraq çalışıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ