SON DƏQİQƏ
» » İstanbul ayağa qalxır: “Ya Qarabağ, ya ölüm!” mitinqi keçiriləcək - FOTO

İstanbul ayağa qalxır: “Ya Qarabağ, ya ölüm!” mitinqi keçiriləcək - FOTO

Tarix:

2-10-2020, 08:12

/ 5 723 dəfə oxundu.
İstanbul ayağa qalxır: “Ya Qarabağ, ya ölüm!” mitinqi keçiriləcək - FOTO

Türkiyənin İstanbul şəhərində "Ya Qarabağ, ya ölüm!” adlı mitinq keçiriləcək.

Bununla bağlı İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi İctimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Mitinqin məqsədi son günlər cəbhədə yaşanan gərginliklərlə bağlı Azərbaycana dəstək vermək, şəhid olan hərbçilərimizi yad etmək və Ermənistanın işğalçı və terrorçu siyasətinə, əl atdığı təxribatlara etiraz etməkdir.

 

4 Oktyabr tarixində saat 14:00-da  Bəyazid Meydanında baş tutacaq tədbirin təşəbbüskarları İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Turan Ocaqları və Bütöv Azərbaycan Ocaqlarıdır.

Xatırladaq ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib. 

 


 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ