SON DƏQİQƏ
» » Polis “Şəki Bazarı”nda mühafizəni GÜCLƏNDİRDİ

Polis “Şəki Bazarı”nda mühafizəni GÜCLƏNDİRDİ

Tarix:

18-09-2020, 16:10

/ 4 479 dəfə oxundu.
Polis “Şəki Bazarı”nda mühafizəni GÜCLƏNDİRDİ

Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVİD-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq "Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirus testindən keçməsi nəticəsində son günlərdə 12 nəfərin yoluxduğu aşkar edilib.

Baş verən bu halın risk mənbəyi olduğu nəzərə alınaraq, bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanıb, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan HİT.Az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə mütəmadi olaraq xidmət aparılır. Satıcıların əmlakının qorunması, eləcə də təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər həyata keçirilir. Polis naryadları tərəfindən bazar ərazisində müəyyən edilən müddət ərzində günün 24 saatı xidmət aparılacaq, ümumən bazarın, eləcə də, satıcılara məxsus bazarın daxilindəki malların tam mühafizəsi təmin ediləcək.

Qeyd edək ki, bugün səhər saatlarından etibarən "Şəki Bazar” ərazisində dezinfeksiya işlərinə başlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ