SON DƏQİQƏ
» » Qəbiristanlığa ziyarətə gələnləri HEYRƏT BÜRÜYÜRDÜ

Qəbiristanlığa ziyarətə gələnləri HEYRƏT BÜRÜYÜRDÜ

Tarix:

16-09-2020, 08:12

/ 3 484 dəfə oxundu.
Qəbiristanlığa ziyarətə gələnləri HEYRƏT BÜRÜYÜRDÜ

Bildiyimiz kimi ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilib.
Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verildi. Ümummilli liderimizin səyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində və Avropa Şurasının təklifləri nəzərə alınmaqla ölkəmizdə bələdiyyə institutu yaradıldı.
Ulu öndər bildirmişdir ki, "Biz Azərbaycanda tam müstəqil yerli özünüidaretmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir… Yerli idarəetmə orqanları  yerlərdə onların səlahiyyətləri çərçivəsində çox işlər görə bilərlər. Bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərilərinə götürəcək, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir”.
Bələdiyyələrin yarandığı yaxın tarixə qısa nəzər salsaq görərik ki, Maştağa bələdiyyəsi formalaşdığı gündən ciddi şəkildə üzərinə düşən işlərin öhdəsindən gəlməyə başlamışdır. Yerli özünüidarəetmə orqanı olaraq, ilk gündən yerli problemlərin həllinə ciddi yanaşmış, bunun üçün bütün texniki-təşkilatı və hüquqi məsələlərin həllinə çalışmışdır. Bu cür fəaliyyət nəticəsində Maştağa bələdiyyəsi ərazi hüdudları daxilində  qarşıya çıxan  sosial problemləri gücü çatdığı qədər həll etmişdir.
Maştağa qəsəbəsində mən bilən 6 qəbiristanlıq var və hər birinin ərazisi hektarlarladır, amma buna baxmayaraq yer qıtlığı yenə də var. Köhnə qəbirlər sökülərək yenilərilə əvəzlənir ki, bu da problemin həll olunmasında kömək etmir, çünki köhnə qəbirlərdə tükənməkdədir. Bildiyimiz kimi indi qəbirləri dəbdəbəli, müzey kimi düzəldirlər ki, bunlar da yer qıtlığına gətirib çıxarır. 
Yaşayış evləri isə qəbirsanlıqlarla divar-divaradır, halbuki qəbirstanlıqla yaşayış evlərinin arası ən azı 250-300 metr olmalıdır.
Maştağa bələdiyyəsi bu problemləri həll etmək üçün çox boyük bir işə girişib ki, bu da problemlərin az da olsa bir hissəsini həll edə bilər. Belə ki, Maştağa bələdiyyəsi bütün qəbirsanlıqlarda təmizlik işlərinə başlayıb ki, bu təmizlik nəticəsində neçə-neçə qəbir yerləri əmələ gəlib. Hər bir qəbiristanlıqdan demək olar ki, onlarla maşın daş, zibil daşınır ki, bu da fəhlələrin çöx əziyyəti nəticəsində başa gəlir, çunki qəbiristanlıqlarda sıxlıq olduğundan maşınlar qəbiristanlığa girə bilmir, qəbiristanlıqdan kənarda qalırlar.
Ümumiyyətlə Maştağada məzarlıq sıxlığı olduğundan sakinlərin gediş-gəlişi də qəbiristanlıqların içindəndir, bizim operativ qrup da qəbiristanlığın içindən keçərkən bunların şahidi olub və gördüklərini qələmə alıb. Belə bir nəcib işi isə qələmə almamaq olmazdı.Əzizlərinin məzarlarını ziyarətə gələnlər isə bu təmizliyi gördükdə isə sözün həqiqi mənasında hyrətlənməyə bilmirdilər,  illərdir qəbiristanlıqlar ot-alaf, daş-kəssək içində itib batırdı. QOLLARINIZA QÜVVƏT!
Bilman İSAQ

Qəbiristanlığa ziyarətə gələnləri HEYRƏT BÜRÜYÜRDÜ

 

Qəbiristanlığa ziyarətə gələnləri HEYRƏT BÜRÜYÜRDÜ

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ