SON DƏQİQƏ
» » Restoran əməkdaşı: Toy mərasiminin təşkilatçıları bizi aldadıblar - VİDEO

Restoran əməkdaşı: Toy mərasiminin təşkilatçıları bizi aldadıblar - VİDEO

Tarix:

28-08-2020, 08:57

/ 3 115 dəfə oxundu.
Restoran əməkdaşı: Toy mərasiminin təşkilatçıları bizi aldadıblar - VİDEO

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi Bakıda daha bir vəzifəli şəxsin toy məclisin görə bir neçə şəxsi cərimə edib. Toyun yiyəsi "Bakcell"in pərakəndə satış şöbəsində işləyən Vəfa Abdullayeva olub.

<iframe class="adviad-resize" style="text-align: justify; box-sizing: border-box; font: inherit; vertical-align: baseline; max-width: 100%; width: 690px; margin: 0px !important; padding: 0px !important; border-width: initial !important; border-style: none !important; height: 0px !important; min-height: 0px !important; display: block !important;"></iframe>
GunAz.az xəbər verir ki, məsələ ilə bağlı "Xəzər TV"nin əməkdaşları məclisin keçirildiyi restorana yollanıblar. Onlar ölkədə toyların qadağan edildiyi bir vaxtda obyekt sahibinin buna icazə verməsinin səbəbini soruşublar.

Restoranın əməkdaşı Aqil Süleymanov isə bildirib ki, onlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə açıq havada fəaliyyət göstərirlər. Onun sözlərinə görə, mərasimin təşkilatçıları onları aldadıblar.

Aqil Süleymanovun sözlərinə görə, sosial şəbəkələrdə iddia edildiyi kimi böyük toy mərasimi keçirilməyib. Bunun üçün heç əlverişli şərait yoxdur.

Qeyd edək ki, belə faktlar aşkar edildikdə polis dərhal həmin obyekt sahibi və müştəriləri inzibati qaydada məsuliyyətə cəlb edir.

Xatırladaq ki, toy məclisini təşkil edən hüquqi şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub. 2 nəfər inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilməklə barələrində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs tənbeh növü tətbiq olunub. Eləcə də restoran işçilərindən 6 nəfər müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub.

Toy məclisinin sifarişçilərindən 2 nəfər qanunverciliyə uyğun olaraq 400 manat məbləğdə, iştirak edənlərdən isə 9 nəfər 200 manat məbləğində cərimə olunublar.

Şənlikdə iştirak edərək karantin qaydalarını pozan digər şəxslərin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı reportajı təqdim edirik:



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ