SON DƏQİQƏ

Artım olmasa, yumşalmalar olacaq - Harmancı

Tarix:

31-07-2020, 17:17

/ 212 dəfə oxundu.
Artım olmasa, yumşalmalar olacaq - Harmancı

Proqnozlar sadəcə təxminidir, nəsə dəqiq söz demək düzgün olmaz.

Bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı ÜST-ün missiyasının yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib.

"Mart ayının əvvəlində karantin rejimi müxtəlif mərhələlərdən keçərək tətbiq olundu. May ayında yumşalmalar sayəsində yoluxmaların sayı artdı.

Son zamanlarda, iyun ayının sonunda stabilləşmə, iyul ayında isə azalma müşahidə edirik. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Əgər hökumət tədbirləri yumşaltsa, yoluxma hallarında artım olmasa, bu, normal həyata qayıtma şansımızın olması deməkdir. Amma normal həyata qayıtmaq üçün əlimizdən gələn hər şeyi etməliyik. Əgər yoluxma hallarında artım olmasa, daha ciddi yumşalmalar ola bilər", - o bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ