SON DƏQİQƏ

Prezident qoruyucu maskadan istifadə etməklə nümunə göstərdi

Tarix:5-06-2020, 16:13 Oxunub:3 014

"Hər bir kəsin borcu özünü və başqalarını virusdan qorumaq, bunun üçün lazım olan vasitələrdən istifadə etməkdir”.

Bunu danışan "Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor Prezident İlham Əliyevin tibbi maskadan istifadəsinin cəmiyyətə xüsusi mesaj olduğunu vurğulayıb:

"Koronavirusun tüğyan etdiyi ilk gündən bu vaxta qədər, təxminən 3 ay müddətində birinci dəfə idi ki, ölkə başçısının tibbi qoruyucu maskadan istifadə etməsinə şahid olduq. Şəxsən bu nüansa kiçik addım kimi baxmadım. Bunu ölkədə koronavirusa qarşı mübarizənin həlledici mərhələdə olduğunu ifadə edən bir rəmz kimi qəbul etmək olar. Bu, eyni zamanda cəmiyyətə yeni tip virusla mübarizədə maksimum qaydada məsuliyyətli olmağa çağırışdır. Prezidentin qoruyucu maskada olması koronavirusa qarşı mübarizə qaydalarına məsuliyyətli münasibətin göstəricisidir.

Hələ də qoruyucu üsullara, o cümlədən maskalara qeyri-ciddi yanaşanlara və belə bir virus yoxmuş kimi davrananlara çox ciddi bir mesaj oldu.

 

Fikrimcə, Prezidentin qoruyucu tibbi maskadan istifadəsi Azərbaycan cəmiyyətinə koronavirusla mübarizənin həlledici mərhələyə daxil olduğu barədə çağırışdır. Hər kəs bu nüansdan nümunə götürməlidir”.


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<