SON DƏQİQƏ
» » Karantinin sərtləşməsi yoluxmanı azaltmayacaq – Həkim

Karantinin sərtləşməsi yoluxmanı azaltmayacaq – Həkim

Tarix:

4-06-2020, 13:28

/ 3 093 dəfə oxundu.
Karantinin sərtləşməsi yoluxmanı azaltmayacaq – Həkim

İctimai nəqliyyatda, şəhər mərkəzində, parklarda gündəlik sıxlıq müşahidə edildiyi halda, heç bir sərtləşdirmə yoluxmanın qarşısını ala bilməyəcək. Atılan addımlar, sərtləşdirmələr və hərəkət məhdudiyyəti belə bir problem qarşısında ancaq kosmetik tədbirdir. Bu məsələnin həllin aparacaq yol deyil.

Bu sözləri açıqlamasında professor Adil Qeybulla həftə sonu karantin sərtləşdirilməsi və qoyulacaq hərəkət məhdudiyyətinin yoluxma sayına göstərə biləcəyi təsirlərdən danışarkən deyib. A.Qeybulla bildirib ki, qoyulacaq heç bir qadağa, sərtləşdirmə problemin həllinə aparmır:

"Karantin yumşaldılması dövründən sonra xeyli yoluxma var. Bu, onunla əlaqədardır ki, insanlar artıq heç bir qoruyucu tədbir görmədən, mövcud situasiyanı birmənalı şəkildə iqnor edərək kütləvi şəkildə təmaslarda olublar. Yumşaldılmalardan sonra restoranlara, şəhərin mərkəzinə, parklara kütləvi axın oldu. Açıq şəkildə toplaşmalar, yığıncaqlarla bağlı fotolar paylaşılırdı sosial şəbəkələrdə. Əksər yaşayış yerlərinin qarşısında, həyətində indi də insanların toplaşdığını görürük. Bununla hansı infeksiyaya qalib gəlmək olar? Qoyulacaq heç bir qadağa, sərtləşdirmə məsələnin həlli deyil. Həftə sonu məhdudiyyət tətbiq edib, yenidən həftə içi həyat normal davam edəcəksə, bu yoluxma sayını azaltmayacaq”.

Həkim bildirib ki, hazırda xeyli sayda potensial yoluxma var:

"Bunlar hələ üzə çıxmaqda davam edəcək. Elan olunan, tapılan, müəyyən edilən statistik rəqəmlər real vəziyyəti əks etdirmir. Real vəziyyət bundan daha da pisdir. Ona görə də hesab edirəm ki, biz daha çox insanların davranışlarını tənzimləməliyik. Xüsusilə ictimai nəqliyyatda, əhalinin sıx toplaşdığı yerlərdə, satış obyektlərində, qapalı məkanlarda ciddi tədbirlər görülməlidir. Avtobusların gün ərzində bir dəfə dezinfeksiya edilməsi heç nəyi həll etmir. Avtobusların girişində və çıxışında dezinfeksiyaedici məhlul qoyulmalıdır. Girişdə qoyulması infeksiyanın içəri daşınmasının qarşısını ala bilər, çıxışda qoyulması isə bayıra daşınmasının. Metroda necə sıxlıq müşahidə edilir. Belə davam edəcəyi halda heç bir sərtləşdirmə yoluxmanın qarşısını ala bilməyəcək”.


скачать dle 12.1

Şərhlər