SON DƏQİQƏ
» » Paşayeva MM-də bunları soruşdu, general cavab verdi

Paşayeva MM-də bunları soruşdu, general cavab verdi

Tarix:

19-05-2020, 22:06

/ 2 136 dəfə oxundu.
Paşayeva MM-də bunları soruşdu, general cavab verdi

Hesabatda özəlliklə insan alverinə qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinə geniş yer ayrılmasını təqdir edirəm.
GunAz.az xəbər verir ki, bu sözləri Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Seyfulla Əzimovun hesabatı ilə bağlı çıxışında deyib.
Q.Paşayeva bildirib ki, bu maarifləndirmə işlərinin daha da genişləndirilməsi çox vacibdir:
"Özəlliklə televiziya kanallarında bu istiqamətlərdə maarifləndirici video-çarxların və proqramların daha da artmasına böyük ehtiyac var. İnsan alverinə qarşı mübarizə istiqamətində Daxili İşlər Nazirliyinin dəstəyilə hazırlanmış maarifləndiri video-çarxı izlədim. Bu cür materialların televiziya kanallarında əhalinin ən çox efirə baxdığı saatlarda tez-tez yayımlanmasına və ümumiyyətlə bu istiqamətdə maarifləndirici verlişlərin, proqramların daha da artması lazımdır”.
Qənirə Paşayeva hesabatdan çıxış edərək, axtarış elan olunmuş 35 təqsirləndirilən şəxsdən 54,3 faizi və ya 19-u tutulması, təxminən yarısının bu günə qədər tutulmamasının səbəbləri ilə maraqlanıb və bu istiqamətdə daha geniş izaha ehtiyac olduğunu deyib. Millət vəkili vurğulayıb ki, Seyfulla Əzimovun hesabatının yekun hissəsində də məhz qaldırıldığı bu 2 məsələyə də ciddi diqqət yetirilir. Qeyd olunur ki, növbəti illərdə qarşıda duran hədəflər: cinayət təqibinin, əməliyyat-axtarış fəaliyyətinin, maarifləndirmə işinin, qurbanların müdafiəsi və sosial reabilitasiyası üzrə fəaliyyətin səmərəsini daha da artırmaq, beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir.
Millət vəkili sonda ümumilikdə hesabatı dəstəklədiyini deyib.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator isə millət vəkillərinin qaldırdığı məsələlərə cavabı zamanı bildirib ki, maarifləndirmə istiqamətində işlər bundan sonra daha da artacaq. Digər məsələyə gəlincə isə o qeyd edib ki, əslində bu insanların hamısı ilə bağlı axtarış tədbirləri görülüb. Sadəcə. bir hissəsi başqa ölkələrdə olduqları üçün onların ölkəmizə ekstraditsiyası ilə bağlı işlər davam etdirilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ