SON DƏQİQƏ
» » İTV koronaya görə efir vaxtlarında dəyişiklik etdi

İTV koronaya görə efir vaxtlarında dəyişiklik etdi

Tarix:

10-04-2020, 20:47

/ 2 223 dəfə oxundu.
İTV koronaya görə efir vaxtlarında dəyişiklik etdi

Nazirlər Kabineti yanında Operativ Qərargahın Respublika ərazisində pandemiya səbəbilə kütləvi tədbirlərin təxirə salınması və ya vaxtının dəyişdirilməsi çağırışına əsasən, İctimai Televiziya və Radio Yayımları Şirkəti bir sıra layihələrin efir vaxtlarında dəyişiklik edib.
Bu barədə  İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat katibi Aynurə Asimqızı deyib. O bildirib ki, İTV-nin sevilən mahnı müsabiqəsi "Səs Uşaqlar" layihəsinin aprel ayında canlı olaraq yayımlanması nəzərdə tutulan final turunun da vaxtı sosial izolyasiya tədbirləri ilə bağlı dəyişdirilib:
"Final mərhələsi yaxınlaşdığı üçün yüzlərlə musiqi həvəskarı "Səs Uşaqlar" şousunda tamaşaçı qismində iştirak etmək üçün kanala müraciətlər edib. Lakin ölkədə aparılan sosial izolyasiya tədbirləri ilə bağlı insanların sağlamlığını düşünərək qurum rəhbərliyi tərəfindən kütləvi auditoriyalı verilişlərin format və vaxtlarında dəyişiklik edilib. Final mərhələsinin keçirilmə tarixi karantin rejimi ləğv edildikdən sonra təyin olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ