SON DƏQİQƏ
» » Dövlət qurumları da qaydaları pozub – NK-dan sərt xəbərdarlıq

Dövlət qurumları da qaydaları pozub – NK-dan sərt xəbərdarlıq

Tarix:

8-04-2020, 17:25

/ 2 120 dəfə oxundu.
Dövlət qurumları da qaydaları pozub – NK-dan sərt xəbərdarlıq

Xüsusi karantin rejimi elan olunandan və SMS-icazə tətbiq ediləndən sonra çoxsaylı pozuntular üzə çıxıb.
Bu sözləri Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov Operativ Qərargahın mətbuat konfransında deyib.
O bildirib ki, yalnız son bir sutka ərzində - 7 apreldən indiyədən 3073 vətəndaş haqda inzibati tədbir görülüb:
"Bu, hələ polisin üzə çıxardığı rəqəmdir. 12 nəfər inzibati həbs edilib, 2 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda 1 nəfər sosial şəbəkədə yalan məlumat yaydığına, 2 nəfər jurnalist vəsiqəsi satdığına görə həbs edilib".
İ.Məmmədov bildirib ki, lüzumsuz zənglər, yalan mesajlar, qanunsuz icazə cəhdləri həddən artıq çoxdur:
"Bu, icazə verilən həyati əhəmiyyətli dövlət qurumlarına və şirkətlərə də aiddir. Belə ki, rəsmi qurumlara işçilərinin yalnız 30 faizinə icazə alması üçün şərait yaradılmışdı. Ancaq dövlət qurumlarından müraciətlər bu limiti aşıb və onlar e-gov.az saytına daxil olaraq, qanunsuz olaraq nəzərdə tutulandan daha artıq işçiyə icazə alıblar”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ