SON DƏQİQƏ
» » 250 min işsizin siyahısı hazırdır bəs qeydiyyatda olmayanlar?

250 min işsizin siyahısı hazırdır bəs qeydiyyatda olmayanlar?

Tarix:

6-04-2020, 17:49

/ 2 101 dəfə oxundu.
250 min işsizin siyahısı hazırdır bəs qeydiyyatda olmayanlar?

Məşğulluq Xidmətində qeydiyyatda olan 250 min vətəndaşımıza birdəfəlik yardımın ödənilməsi ilə bağlı tədbirlər planı hazırdır. Həmin vətəndaşlarımız aprel və may aylarında 190 manat yardım almaq imkanına sahib olacaqlar.
Bu sözləri iqtisadçı alim, Milli Məclisin deputatı Vüqar Bayramov "ATV Qərargah” verilişində deyib.
V.Bayramov artıq işsiz kimi qeydiyyatda olan insanların siyahısının hazır olduğunu bildirib:
"Məşğulluq Xidmətində qeydiyyatda olan vətəndaşlarımızın siyahısı tərtib edilib. Həmin siyahıya uyğun olaraq tədbirlər planı çərçivəsində ödənişlər ediləcək. Hazırda ödənişlərin hansı yolla olacağı ilə bağlı təkliflər müzakirə olunur. Ödənişlərin plastik kartlarla verilməsi nəzərdə tutulub".
V.Bayramov işsiz kimi qeydiyyatda olmayanların elektron qeydiyyatına başlanılacağını da bildirib:
"Bu vətəndaşlarımız da qeydiyyata alındıqdan sonra birdəfəlik ödənişdən yararlana biləcəklər”
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ