SON DƏQİQƏ
» » İcra başçıları Fonda nə qədər pul köçürüblər? – TAM SİYAHI

İcra başçıları Fonda nə qədər pul köçürüblər? – TAM SİYAHI

Tarix:

3-04-2020, 14:28

/ 2 027 dəfə oxundu.
İcra başçıları Fonda nə qədər pul köçürüblər? – TAM SİYAHI

2 aprel 2020-ci il saat 20:00-a olan sonuncu məlumata görə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 106 milyon 454 min 702 manat daxil olub. 
Bu məbləğin 20 milyon manatı dövlət büdcəsindən, 80 milyon 180 min 387 manatı hüquqi şəxslər, 6 milyon 274 min 307 manatı isə fiziki şəxslər tərəfindən köçürülüb.
Məlumat üçün qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürən şəxslər arasında şəhər və rayon İcra Hakimiyyətləri və onların başçıları da var. 2 aprel 2020-ci il saat 20:00-a olan son məlumata görə şəhər və rayon İcra Hakimiyyətlərindən yalnız 20-si, şəhər və rayon İcra hakimiyyətləri başçılarından isə yalnız 8-i Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürən şəxslərin siyahısında yer alıb. Ən çox vəsaiti Bakı şəhər İcra Hakimiyyəti köçürüb – 500 000 manat. Ən az vəsaiti isə Qubadlı rayon İcra Hakimiyyəti köçürüb – cəmi 1 600 manat.
İcra hakimiyyətləri başçıları arasında isə ən çox vəsaiti Qax, Tərtər və Zaqatala rayonlarının başçıları köçürüblər. Bu rayonların başçıları Musa Şəkiliyev, Müstəqim Məmmədov və Mübariz Əhmədzadənin hər biri Fonda 2 000 manat ianə ediblər. Ən az məbləği isə Gəncə şəhər İcra hakimiyyıtinin başçısı Niyazi Bayramov köçürüb – 1 000 manat.
Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürən və köçürməyən şəhər və rayon İcra Hakimiyyətləri və onların başçılarının tam siyahısını təqdim edirik:
Şəhər və rayon İcra Hakimiyyətləri Köçürülən məbləğ
(manat)
İcra
başçıları
Köçürülən
məbləğ
(manat)
Bakı  500 000 Eldar Əzizov  –
Gəncə Niyazi Bayramov  1 000
Sumqayıt  38 113 Zakir Fərəcov  –
Lənkəran  10 000 Taleh Qaraşov  –
Şəki Elxan Usubov  –
Yevlax  30 000 Anar Tağıyev  –
Mingəçevir  23 141 İlham İsmayılov  –
Şirvan  25 434 İlqar Abbasov  –
Naftalan Vüqar Novruzov  –
Abşeron  – İradə Gülməmmədova  –
Ağcabədi  5 088 Rafil Hüseynov  –
Ağdam  – Vaqif Həsənov  –
Ağdaş  – Tofiq İbrahimov  –
Ağstafa  –  –
Ağsu  5 669 Vahid Tağıyev
Astara Qəzənfər Ağayev  1 500
Balakən İslam Rzayev  –
Beyləqan  3 029 Asif Ağayev  –
Bərdə  3 855 Vidadi İsayev  –
Biləsuvar Mahir Quliyev  –
Cəbrayıl Kamal Həsənov  –
Cəlilabad Namiq Zeynalov  1 550
Daşkəsən Əhəd Abıyev  –
Füzuli  37 619 Alı Alıyev  –
Gədəbəy  20 251 İbrahim Mustafayev  –
Goranboy Məhərrəm Quliyev  –
Göyçay Mehdi Səlimzadə  –
Göygöl Arif Seyidov  –
Hacıqabul Rüstəm Xəlilov  –
Xaçmaz  5 000 Elnur Rzayev  –
Xızı Xəzər Aslanov  –
Xocalı Şahmar Usubov  –
Xocavənd Eyvaz Hüseynov  1 500
İmişli Vilyam Hacıyev  –
İsmayıllı Nahid Bağırov  –
Kəlbəcər Aqil Məmmədov
Kürdəmir  5 860 Ceyhun Cəfərov
Qax Musa Şəkiliyev  2 000
Qazax Rəcəb Babaşov  –
Qəbələ  3 988 Səbuhi Abdullayev  –
Qobustan Adil Məmmədov  –
Quba  2 381 Ziyəddin Əliyev  –
Qubadlı  1 600 Malik İsaqov  –
Qusar  4 866 Şair Alxasov  –
Laçın Aqil Nəzərli  –
Lerik Rövşən Bağırov  –
Masallı Rafil Hüseynov  –
Neftçala Mirhəsən Seyidov  –
Oğuz Eyvaz Qurbanov  –
Saatlı Siraqəddin Cabbarov  –
Sabirabad Nazim İsmayılov  –
Salyan 5 000 Sevindik Həsənov  –
Samux Alı Ocayev  –
Siyəzən Novruz Novruzov  –
Şabran Asif Hüseynov  –
Şamaxı Tahir Məmmədov  –
Şəmkir Alimpaşa Məmmədov  –
Şuşa Bayram Səfərov  –
Tərtər Müstəqim Məmmədov  2 000
Tovuz  5 235 Məmməd Məmmədov  –
Ucar Mənsur Məmmədov  –
Yardımlı Ayaz Əsgərov  –
Zaqatala Mübariz Əhmədzadə  2 000
Zəngilan Ramiz Həsənov  –
Zərdab Mərdan Camalov  1 500
Onu da bildirək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb. Fonda ən çox pul köçürən şəxslər arasında ölkə prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva da yer alıb. Prezident İlham Əliyev 126 900 manat, birinci vitse-prezident Mehriban Əliyeva isə 101 700 manat köçürüb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ