SON DƏQİQƏ
» » Günün qoroskopu: əlahiddə uğurlara rəğmən, gün əlverişli deyil

Günün qoroskopu: əlahiddə uğurlara rəğmən, gün əlverişli deyil

Tarix:

27-03-2020, 00:05

/ 234 dəfə oxundu.
Günün qoroskopu: əlahiddə uğurlara rəğmən, gün əlverişli deyil

Qoç - axşam saatlarında yaşam potensialı bir qədər aşağı düşəcək. Səhhətdə problemin yaranması istisna deyil. Uzunmüddətli səfər, idmanla çox məşğul olmaq məsləhət deyil. Təmir və ya evdə dəyişikliklər üçün əlverişli gün deyil.

Buğa - işlə bağlı istənilən məsələlərin müzakirəsi üçün əlverişli gündür. Danışıqlar çətin olsa da, emosiyaların əsiri olmayın. Mövqeyinizi təmkinlə, səbrlə müdafiə edin və opponentlərin rəğbətini qazanın. Nüfuzlu şəxslərlə, dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət üçün yaxşı gündür. Hüquqi məsələləri həll etmək olar.

Əkizlər - günün ilk yarısında ehtiyatlı olun. Səhvə yol vermək çox asandır. Hesabat hazırlamaq, maliyyə məsələlərini həll etmək, alış-verişdə iri məbləğdə pul xərcləmək məsləhət deyil. Müsbət təmayüllərin təsiri güclənir. İşlərdə qayda yaratmaq, əvvəl başlanmış layihələri başa vurmaq imkanı yaranır.

Xərçəng - işləri bir qədər azaldın. İfrat yorulmağa ehtiyac yoxdur. Axşam saatlarını evdən kənarda keçirin. Səfərdən imtina edin. Yaxınlarınızı sevindirin. Həssas və diqqətli olun.

Şir - müsbət təmayüllərin təsiri güclüdür, gün ümumən uğurludur. Lakin məqsədə çatmaq üçün ciddi səy göstərməli olacaqsınız. Bədxahlarınız irəliləyişinizə mane olmaq, yolunuzda sədlər yaratmaq üçün əllərindən gələni edirlər. Təmkinli, sakit olun. Situasiyanı dəqiq və səhih dəyərləndirin, necə addım atmağın gərəkdiyini müəyyənləşdirin.

Qız - təhsil və tədris üçün əlverişli gündür. Mühüm informasiya və yaxud məlumatın yadda saxlanması ilə bağlı problem yoxdur. Əldə etdiyiniz biliyi dərhal tətbiq edin. İmkanınız varsa, alış-veriş üçün əlverişli vaxtdır. Axşam saatlarında səhv etməyin.

Tərəzi - səbrli, dözümlü olun. Gün böyük uğurlar və ya önəmli qələbə vəd etmir. Məqsədə çatmaq üçün vaxt gərəkdir. Boş söhbətlərə qatılmayın, yoxlanmamış məlumatlar yaymayın. Sizin üçün önəmli insanlarla yaxşı münasibətləri qorumaq üçün açıqlamalarınızda, sözlərinizdə ehtiyatlı olun.

Əqrəb - yeni tanışlıqlar üçün uğurlu gün deyil. Xoş təəssürat bağışlaya bilməyəcəksiniz. Yaxın ətrafınızdakı insanların reaksiyalarını dəyərləndirmək asan deyil. Sevimli insanla həssas olun, diqqətli davranın. Onun sizin dəstəyinizə ehtiyacı var.

Oxatan - əlahiddə uğurlara rəğmən, gün əlverişli deyil. Qələbələr sizə kiçik, məğlubiyyət və ya uğursuzluq isə fəlakət təsiri bağışlayacaq. Əslində belə deyil. Bir qədər düşünün: heç də pis olmayan nəticələr əldə olunub, qiymətli təcrübəyə yiyələnibsiniz. Sənədlərlə çalışmaq, hesabatlar hazırlamaq məsləhət deyil. Fikriniz dağınıqdır, həmişəki günlərdən fərqli olaraq daha tez-tez səhvlərə yol verirsiniz.

Oğlaq - yaxşı dost məclisində və ya ailə üzvlərinizin yanında istirahətdən həzz alacaqsınız. Bir şərtlə ki, bütün təşkilati məsələləri əvvəlcədən həll edərək işi gümana bağlamayasınız. Səfər varsa, diqqətli olun. Axşam saatları kulinar eksperimentlər üçün yaxşı vaxtdır.

Dolça - işlə bağlı problemlərdən qurtulmaq mümkün deyil. Bütün diqqəti işə yönəldin, səhvləri sıralamayın. Həmkarlar və tərəfdaşlardan biri yaxşı məsləhət verəcək. Fəqət hər şeyə rəğmən yalnız öz intuisiyanıza güvənin. Sayıq və məntiqli olun. Sövdələşmə və müqavilə, yeni layihə üçün əlverişli gün deyil. Bir dəfə sizi aldatmış insanlarla yenidən hansısa işə başlamayın.

Balıqlar - günün ilk yarısı qarışıq, təbəddülatlı və  əndişəli vaxtdır. Kiçik problemlər, işdə anlaşılması mürəkkəb təxirəsalmalar yaşanır. Nə baş verdiyini araşdırın, qayda yaradın. Səyləriniz hədər getməsin. Maliyyə fonu uğurlu deyil. Bu gün imzalanan müqavilə, əldə edilən razılaşma, yatırılan sərmayə uğurlu olmayacaq. Alış-verişdə çox pul xərcləməyin.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ