SON DƏQİQƏ

Arif Quliyev karantin qaydalarını pozdu

Tarix:26-03-2020, 14:15 Oxunub:2 007

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.
Mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının paytaxt küçələrində apardığı reyd zamanı Xalq artisti Arif Quliyevin qadağanı pozduğu müəyyən edilib.
Xalq artisti ilə maarifləndirici söhbət aparılıb, ona karantin qaydaları izah edilib və o, yaşadığı ünvana göndərilib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<