SON DƏQİQƏ

Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ

Tarix:26-03-2020, 13:03 Oxunub:1 875

"Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlarından xahiş olunacaq ki, onlar Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi xüsusi karantin rejiminə riayət etsinlər”.
Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu yaşı 65-i keçən deputatların parlamentin iclasına qatılıb-qatılmayacağı barədə sualı cavablandırarkən deyib.
Qeyd edək ki, martın 30-da Milli Məclisin iclası keçiriləcək. Parlamentin 27 deputatının yaşı 65-dən yuxarıdır.
Martın 23-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.
İclasda ölkədə koronavirus infeksiyası (COVID-19) ilə bağlı vəziyyət müzakirə olunub.
İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqqında qərar qəbul edilib.  
Qərarda bildirilir ki, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən, sosial xidmətlərin göstərilməsi təmin ediləcək.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<