SON DƏQİQƏ
» » Sabahın HAVASI: Yağışlı, çiskinli, küləkli...

Sabahın HAVASI: Yağışlı, çiskinli, küləkli...

Tarix:

20-02-2020, 13:20

/ 1 848 dəfə oxundu.
Sabahın HAVASI: Yağışlı, çiskinli, küləkli...

Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən GunAz.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında

 

Fevralda 21-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

 

Azərbaycanın rayonlarında

 

Fevralda 21-də hava əsasən yağmursuz keçəcək, lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ