SON DƏQİQƏ

Yol Polisi məktəblilərə mükafat verdi - FOTO

Tarix:

19-02-2020, 22:47

/ 1 113 dəfə oxundu.
Yol Polisi məktəblilərə mükafat verdi - FOTO

Şagirdlərin yol hərəkəti qaydaları haqqında biliklərinin təkmilləşdirilməsi məqsədilə tədbir keçirilib. 

GunAz.az xəbər verir ki, maarifləndirici tədbir Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə paytaxtın Humanitar Fənlər Təmayüllü məktəb-liseyində baş tutub. 

Tədbirdə altıncı sinif şagirdləri və müəllim kollektivi iştirak edib. Şagirdlər arasında “Yol hərəkəti haqqında qanun”un müvafiq maddələri əsasında kiçik bilik yarışması keçirilib. 

Şagirdlər dörd komandaya bölünərək, verilən tapşırıqları yerinə yetirməyə çalışıblar. 

Suallar işıqforlardan, yol hərəkət nişanlarından, piyada keçidlərindən düzgün istifadə qaydalarını əhatə edib. 

Yarışmanın nəticələri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Tədbirin keçirilməsinə şərait yaratdığı üçqn BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Humanitar Fənnlər Təmayüllü məktəb-liseyinin rəhbərliyinə təşəkkür edib. 

Daha sonra polis polkovniki Vaqif Əsədov yarışmada qalib gələn komanda heyətini təbrik edib, onlara diplom və medalları təqdim edib. 

Yarışmada iştirak edən digər komandalara da həvəsləndirici hədiyyələr təqdim olunub.

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ