SON DƏQİQƏ
» » Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI

Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI

Tarix:

13-02-2020, 20:24

/ 1 351 dəfə oxundu.
Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

GunAz.az xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul olunub.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə

– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli

– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu

– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.

Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq dairə seçki komissiyalarına göndərilib:

– 91 saylı Ucar seçki dairəsi

– 81 saylı Beyləqan seçki dairəsi

– 72 saylı Yardımlı-Masallı seçki dairəsi

– 95 saylı Tərtər seçki dairəsi

– 42 saylı Sumqayıt ikinci seçki dairəsi

– 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi

– 15 saylı Yasamal birinci seçki dairəsi

– 28 saylı Sabunçu üçüncü seçki dairəsi

– 79 saylı İmişli seçki dairəsi

– 60 saylı Salyan-Neftçala seçki dairəsi

скачать dle 12.1

Şərhlər