SON DƏQİQƏ
» » Fevralın 9-da “ASAN xidmət” mərkəzləri yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətini həyata keçirəcək

Fevralın 9-da “ASAN xidmət” mərkəzləri yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətini həyata keçirəcək

Tarix:

8-02-2020, 11:32

/ 2 227 dəfə oxundu.
Fevralın 9-da “ASAN xidmət” mərkəzləri yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətini həyata keçirəcək

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi ilə əlaqədar "ASAN xidmət” mərkəzlərində qeyri - iş günü olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən xezerxeber.az-a bildirilib ki, həmin gün mərkəzlərdə yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə vətəndaşlara hazır sənədlərin təhvil verilməsi həyata keçiriləcək.

"ASAN Kommunal” mərkəzlərində isə bazar günü qeyri-iş günüdür.

Hazırda Azərbaycanda 16 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

скачать dle 12.1

Şərhlər