SON DƏQİQƏ
» » Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR: Yanvarın 1-dən etibarən... - VİDEO

Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR: Yanvarın 1-dən etibarən... - VİDEO

Tarix:

26-12-2019, 08:55

/ 4 246 dəfə oxundu.
Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR: Yanvarın 1-dən etibarən... - VİDEO

Pensiyalar 14-15 faiz civarında artırılacaq. Bununla da minimum pensiya məbləği 230 manat təşkil edəcək. Yanvarın 1-dən etibarən pensiyaçıların 93 faizi bu artımdan yararlana biləcəklər

Yanvarın 1-dən etibarən bütün növ pensiyalar təxminən 14%-15% faiz artırılacaq. Bunu Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Eyvaz Hüseynov deyib. O bildirib ki, pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər artırılacaq.

Şöbə müdiri qeyd edib ki, ölkədə 1 milyon 200 minə yaxın pensiyaçı var. Artım 93 faiz pensiyaçını əhatə edəcək. Bununla da minimum pensiyanın məbləği 230 manata yaxın olacaq.

Dövlət və hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digər kateqoriyadan olan şəxslərin pensiyaları isə əməkhaqlarında olan artıma görə müəyyən ediləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ