SON DƏQİQƏ

Həştərxanda Heydər Əliyev anılıb - Foto

Tarix:

12-12-2019, 23:00

/ 1 356 dəfə oxundu.
Həştərxanda Heydər Əliyev anılıb - Foto

Dekabrın 12-si Rusiya Federasiyasının Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Olaylar.az  xəbər verir ki, ilk öncə Azərbaycan diasporasının üzvləri, Azərbaycan İş Mərkəzinin əməkdaşları, Heydər Əliyevin adını daşıyan 11 saylı məktəbin kollektivi və şagirdləri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və həmvətənlərimiz H. Əliyevin Həştərxan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək xatirəsini bir dəqiqəlik sükutla yad edib, dahi şəxsiyyətin abidəsi önünə əklillər, gül dəstələri qoyublar.

Daha sonra Həştərxan şəhərində yerləşən, Heydər Əliyev adına 11 saylı orta məktəbdə anım mərasimi keçirilib. Məktəbin foyesində Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Mərasimdə çıxış edənlər Heydər Əliyevin fəaliyyəti, onun istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycan tarixində, o cümlədən Azərbaycan-Rusiya münasibətlərinin inkişafında əvəzsiz rolu haqqında danışıblar.

Bildirilib ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. 

Məktəbin müəllimləri və şagirdləri təhsil ocağının ulu öndərin adını daşımasından fəxr etdiklərini bildiriblər.

Həştərxanda Heydər Əliyev anılıb - Foto

 

Həştərxanda Heydər Əliyev anılıb - Foto

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ