SON DƏQİQƏ

Türkiye Cumhuriyəti 96 yaş-FOTO

Tarix:

29-10-2019, 08:14

/ 3 778 dəfə oxundu.
Türkiye Cumhuriyəti 96 yaş-FOTO

Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 96-ci ildönümüdür.

1914-1918-ci illərdə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər - İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal etdilər.

Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına start verdi.

1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə ərazilərinin böyük hissəsinin işğalını rəsmiləşdirən təslimçi Sevr müqaviləsi imzalandı.

Təslimçiliyi qəbul etməyən və Mustafa Kamalın rəhbərliyi altında birləşən müqavimət qüvvələri işğalçılara qarşı Qurtuluş Savaşına başladılar.

1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edildi.

Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatdı. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olundu. Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edildi. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanındı. 1934-cü ildə TBMM Mustafa Kamala "Atatürk" soyadını verdi.

Türkiyə Nazirlər Kabineti Vanda baş verən 7,2 ballıq zəlzələ və insan tələfatı ilə əlaqədar olaraq oktyabrın 29-da Türkiyədə nəzərdə tutulan təntənəli rəsmi tədbirlərin keçirilməməsi barədə qərar verib.

Türkiye Cumhuriyəti 96 yaş-FOTO

 

Türkiye Cumhuriyəti 96 yaş-FOTO

 

 

скачать dle 12.1

Şərhlər