SON DƏQİQƏ
» » Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yayıb.

Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yayıb.

Tarix:

19-10-2019, 18:50

/ 1 303 dəfə oxundu.
Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yayıb.

GunAz.az-ın verdiyi xəbərə görə, məlumatda qeyd olunub ki, aksiyanın təşkilatçıları oktyabrın 19-da saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstəriblər. Görülmüş tədbirlərlə hüquqa zidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla, 60 nəfər saxlanılıb. Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək, toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər hüquqa zidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ