SON DƏQİQƏ
» » 17 oktyabr Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

17 oktyabr Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Tarix:

17-10-2019, 13:32

/ 969 dəfə oxundu.
17 oktyabr Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Yoxsulluqla Mübarizə Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib. GunAz.az BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın rəhbəri qeyd edib: "Uşaqlar arasında səfalətin səbəbi məhz onların ailələrinin yoxsul olmasıdır. Biz bununla mübarizə aparmalıyıq. Prioritet vəzifələrdən biri keyfiyyətli sosial xidmətlərin hamı üçün əlçatan olmasıdır”.
Beynəlxalq Yoxsulluqla Mübarizə Günü 1992-ci il dekabrın 22-də keçirilən BMT Baş Assambleyasının sessiyasında qəbul edilmiş 47/196 nömrəli qətnamə ilə elan edilib. Həmin sənəd qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə ifrat yoxsulluğun aradan qaldırılması məqsədilə qəbul olunub və hər il oktyabrın 17-də dünyada yoxsulluğun vəziyyəti ilə bağlı müzakirələr aparılmasının vacibliyi qeyd edilib.
BMT-nin müraciətində xatırladılıb ki, bu il Uşaq Haqları Konvensiyasının qəbul edilməsinin 30 illiyi tamam olur. Bu mühüm sənəddə uşaqların hüquqlarının qorunması, onların yaxşı həyat şəraitində zəruri fiziki, əqli, mənəvi və sosial inkişafının təmin edilməsi məsələləri yer alıb. Builki Beynəlxalq Yoxsulluqla Mübarizə Günü də uşaqların və onların ailələrinin yoxsulluqdan xilas olması məqsədilə hüquq və azadlıqların təmin edilməsidir.
Bildirilib ki, oktyabrın 17-də Beynəlxalq Yoxsulluqla Mübarizə Günü münasibətilə BMT-nin mənzil-qərargahında geniş tədbir keçiriləcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ