SON DƏQİQƏ
» » Qulu Novruzov: Gömrük Akademiyasına tələbə qəbulu ikiqat artıb

Qulu Novruzov: Gömrük Akademiyasına tələbə qəbulu ikiqat artıb

Tarix:

12-09-2019, 18:45

/ 1 803 dəfə oxundu.
Qulu Novruzov: Gömrük Akademiyasına tələbə qəbulu ikiqat artıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına 2019/2020-ci tədris ili üzrə tələbə qəbulu ikiqat artıb.

GunAz.az xəbər verir ki, bu sözləri Akademiyanın rəisi Qulu Novruzov deyib. Akademiya rəisi bildirib ki, 2014/2015-ci tədris ilində Akademiyayailk dəfə tələbə qəbulu həyata keçirilib vəhəmin il “Hüquqşünaslıq” ixtisası və“İqtisadiyyat”ixtisası üzrə 22 nəfər olmaqla, ümumilikdə 44 nəfər tələbə qəbul olub.

“2019/2020-ci tədris ilində Akademiyaya “Hüquqşünaslıq” ixtisası və “İqtisadiyyat” ixtisası üzrə 44, o cümlədən bu tədris ilindən başlayaraq ilk dəfə tələbə qəbulu aparılan yeni yaradılmış “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə 22 yer ayrılıb. Beləliklə, bu il Akademiyaya qəbul ikiqat artırılaraq I kurs tələbələrinin sayı 120 nəfərə çatıb. Bununla yanaşı, 2019/2020-ci tədris ilində Akademiyanın ilk dəfə olaraq magistratura pilləsinə də qəbul aparılıb. Magistratura pilləsinə qəbul “Gömrük işi” və “Beynəlxalq hüquq” ixtisasları üzrə həyata keçirilib” – deyə o, qeyd edib.

“İnformasiya təhlükəsizliyi” ixtisası ilə bağlı danışan Qulu Novruzov diqqətə çatdırıb ki, gömrük orqanlarında elektron xidmətin tətbiqi, sistemin elektronlaşmasıbu ixtisasa yiyələnmiş peşəkar kadrlara ehtiyacı zəruri edir. “Bu ehtiyacı qarşılamaq məqsədilə Akademiyagömrük orqanlarında çalışmaq üçünpeşəkar kadr hazırlığını həyata keçirir” – deyə Akademiya rəisi vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ