SON DƏQİQƏ
» » Qusarda BİR AYDAN ÇOXDUR içməli su problemə çevirilib ƏHALİDƏN NARAZILIQ-VİDEO/FOTO

Qusarda BİR AYDAN ÇOXDUR içməli su problemə çevirilib ƏHALİDƏN NARAZILIQ-VİDEO/FOTO

Tarix:

22-08-2019, 22:09

/ 3 866 dəfə oxundu.
Qusarda BİR AYDAN ÇOXDUR içməli su problemə çevirilib ƏHALİDƏN NARAZILIQ-VİDEO/FOTO

Qusarda palçıq vulkanı axaraq çaya qarışıb.
GunAz.az xəbər verir ki, palçıq vulkanı Şahdağ yüksəkliyindən başlayaraq Ləzə kəndi yaxınlığındakı Gur-Gur şəlaləsi adlanan ərazini əhatə edib.
Yağıntıların əraziyə düşməsindən sonra başlayan proses nəticəsində palçıq Qusarçay çayına axır.
Qusarçaydan dağlıq ərazilərdə və şəhərdə yaşayan əhaliyə su verilir. Çayın çirkli olması suyun verilməsində fasilələr yaradıb.
Bağ və bostanların suvarılmasında bu sudan istifadə edən kənd sakinləri təsərrüfatlara da ciddi ziyan dəydiyini deyirlər.
Qusar Suvarma Sistemləri idarəsindən bildirilib ki, məsələdən xəbərdardırlar. 
Sözügedən prosesin təbiət hadisəsi olduğu və son günlərdə palçıq axınının azaldığı deyilir. 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ