SON DƏQİQƏ
» » Dənizçilərimiz atışlara başladı: Hədəflər məhv edildi

Dənizçilərimiz atışlara başladı: Hədəflər məhv edildi

Tarix:

14-08-2019, 13:31

/ 1 284 dəfə oxundu.
Dənizçilərimiz atışlara başladı: Hədəflər məhv edildi

“Dəniz kuboku - 2019” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi gəmilərinin ekipajları hava hədəflərinə artilleriya atışları yerinə yetiriblər.

Müdafiə Nazirliyindən GunAz.az-a verilən məlumata görə, bu mərhələdə komandalara şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra hava hədəfinin artilleriya atəşləri ilə məhv edilməsi tapşırılıb.

Gəmilərin vaxtında gəlməsinə və hədəflərin məhv edilməsinə görə beynəlxalq hakimlər briqadası tərəfindən qiymətləndirmə aparılıb.

Mərhələnin nəticələrinə əsasən Azərbaycan komandası 38 balla birinci, Rusiya 19 balla ikinci, İran 16 balla üçüncü, Qazaxıstan dənizçiləri isə 12 balla dördüncü yerlərdə qərarlaşıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ