Düşmən cəbhədə təxribat törətdi - Fotofakt

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutulub.

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin minaatanlardan atəşə tutulması ilə bağlı sorğuya cavab olaraq Müdafiə Nazirliyindən GunAz.az-a verilən məlumatda bildirilib.

“Bu gün düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və mövqelərimizin 60 millimetrlik minaatanlardan atəşə tutulması barədə tərəfimizdən rəsmi məlumat verilib. Düşmən qoşunların təmas xəttində növbəti dəfə vəziyyəti gərginləşdirmək məqsədilə törətdiyi təxribatları ört-basdır etmək üçün özünəməxsus şəkildə yalan və iftiralarla dolu bəyanatla çıxış edərək faktı təkzib etməyə cəhd göstərib", - məlumatda bildirilib.

MN düşmən tərəfindən bölmələrimizin minaatanlardan atəşə tutulması faktını təsdiqləyən fotomaterialları KİV-ə təqdim edib.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]